...

Qobustanda iki "VAZ 2107" toqquşdu: 5 ölü, 3 yaralı

Hadisə Materials 28 Dekabr 2013 16:31 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax yolunda 5 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
Qobustanda iki "VAZ 2107" toqquşdu: 5 ölü, 3 yaralı

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İzzət/

Bakı-Şamaxı-Yevlax yolunda 5 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi ərazisində baş verib. Hadisə zamanı iki "VAZ 2107" markalı avtomobillər toqquşub.

İlkin ehtimala görə, hadisəyə onlardan birinin ötmə əməliyyatını yerinə yetirərəkən qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxması səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti