...

"Şəfa-Broyler"in müdirinin ölməsi xəbəri təkzib olundu

Hadisə Materials 15 Yanvar 2014 18:06 (UTC +04:00)
"Şəfa-Broyler" şirkətinin müdirinin bədbəxt hadisə nəticəsində ölməsi haqqında yayılan xəbər həqiqətəuyğun deyil. Bunu Trend-ə "Şəfa-Broyler" şirkətinin mətbuat katibi Vaqif Hüseynov deyib.
"Şəfa-Broyler"in müdirinin ölməsi xəbəri təkzib olundu

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İzzət/

"Şəfa-Broyler" şirkətinin müdirinin bədbəxt hadisə nəticəsində ölməsi haqqında yayılan xəbər həqiqətəuyğun deyil. Bunu Trend-ə "Şəfa-Broyler" şirkətinin mətbuat katibi Vaqif Hüseynov deyib.

O, qeyd edib ki, şirkətin xəbərdə adıçəkilən şəxslə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən xəbərdə bildirilir ki, dünən Suraxanı rayonu ərazisində yerləşən "Şəfa-Broyler" şirkətində oranın işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb. T.Tağıyev hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti