Azərbaycan, Bakı, 24 yanvar /Trend/
Gəncə sakinindən 3 kilodan çox narkotik götürülüb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Canbaxış İmanidən 3 kiloqram 135 qram marixuana götürülüb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 20-də Ramin Əliquliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurması da müəyyən edilib.