Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/
Bakı sakini və ailəsini öldürməklə hədələyib pul tələb edən iki nəfər tutulub.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Əjdər Talıbov və İsmət Məmmədov həmyerliləri Mirzə Mirzəyevi və onun ailə üzvlərini öldürəcəkləri ilə hədələyib 200 min manat pul tələb etdikləri üçün tutulublar.
Faktla əlaqədar cinayət işi başlanıb.