...

Qobustanda tapılan silah-sursat zərərsizləşdirilib

Hadisə Materials 21 Fevral 2014 17:09 (UTC +04:00)
Trend Kanal S-ə istinadən məlumat verir ki, Qobustanda silah-sursatın tapıldığı əraziyə ANAMA və Daxili Qoşunların mina təmizləyiciləri cəlb olunub.
Qobustanda tapılan silah-sursat zərərsizləşdirilib

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Qobustanda tapılan silah-sursat zərərsizləşdirilib.

Trend Kanal S-ə istinadən məlumat verir ki, Qobustanda silah-sursatın tapıldığı əraziyə ANAMA və Daxili Qoşunların mina təmizləyiciləri cəlb olunub. 6 nəfərdən ibarət qrup əraziyə gəlib.

2 saat ərazidə axtarış aparıldıqdan sonra ərazidəki silah-sursat götrülüb. Partlamamış minalardan biri partladılıb. Minalar partladılarkən ərazidə təhlükəsizlik tədbirləri görülüb. Avtamobillərin hərəkəti müvəqqəti dayandırılıb.

Xatırladaq ki, ötən gün Bakı-Şamaxı-Yevlax yolunun Qobustanın Şıxzərli kəndi ərazisində partlayıcı maddələr tapılıb. Onların əksəriyyətini əl qumbaraları, tank əleyhinə mərmi və piyada əleyhinə minalar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti