...

Liftdə köməksiz vəziyyətdə qalmış şəxslər xilas ediliblər

Hadisə Materials 26 Fevral 2014 03:01 (UTC +04:00)
Liftdə köməksiz vəziyyətdə qalmış şəxslər xilas ediliblər.
Liftdə köməksiz vəziyyətdə qalmış şəxslər xilas ediliblər

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Liftdə köməksiz vəziyyətdə qalmış şəxslər xilas ediliblər.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Xəbər lenti

Xəbər lenti