...

Qubada köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Hadisə Materials 14 Mart 2014 00:40 (UTC +04:00)
Qubada köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
Qubada köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Azərbaycan, Bakı, 14 mart /Trend/

Qubada köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Quba rayonu, Zizik kəndində bir nəfər dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1972-ci il təvəllüdlü vətəndaş ağacdan yıxılaraq qayadan asılı vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı qayadan endirib və yaxınlarına təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti