...

Tovuzda yanacaqdoldurma məntəqəsinin işçisi oğurluğa görə tutulub

Hadisə Materials 11 Aprel 2014 13:58 (UTC +04:00)
“Məcid Petrol” yanacaqdoldurma məntəqəsinin xəzinəsindən 550 manatı oğurlamış şəxs saxlanılıb.
Tovuzda yanacaqdoldurma məntəqəsinin işçisi oğurluğa görə tutulub

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İzzət/

"Məcid Petrol" yanacaqdoldurma məntəqəsinin xəzinəsindən 550 manatı oğurlamış şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Məcid Petrol" yanacaqdoldurma məntəqəsinin işçisi Elgün Məhiyəddinov saxlanılıb.

O, aprelin 9-da şəhər Tovuz şəhəri ərazisində Nurəddin Ocaqverdiyevə məxsus "Məcid Petrol" yanacaqdoldurma məntəqəsinin xəzinəsindən 550 manatı oğurlamaqda şübhəli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti