...

Türkiyədə yarım ton narkotik maddə müsadirə olunub

Hadisə Materials 7 May 2014 12:23 (UTC +04:00)
Türkiyənin cənub-şərqindəki Bingöl vilayətində yarım ton heroin müsadirə olunub.
Türkiyədə yarım ton narkotik maddə müsadirə olunub

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin cənub-şərqindəki Bingöl vilayətində yarım ton heroin müsadirə olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin Anadolu agentliyi xəbər yayıb.

Narkotik maddə yerli polisin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində götürülüb. Əməliyyat zamanı üç nəfər saxlanılıb.

Fakt üzrə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti