...

Bakıda mənzildə vətəndaş yıxılmış vəziyyətdə tapılıb

Hadisə Materials 3 İyun 2014 05:28 (UTC +04:00)
Bakıda mənzildə vətəndaş yıxılmış vəziyyətdə tapılıb.
Bakıda mənzildə vətəndaş yıxılmış vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Bakıda mənzildə vətəndaş yıxılmış vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dəmir barmaqlıqları kəsərək fərdi yaşayış evinin pəncərəsindən içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən vətəndaş yıxılmış vəziyyətdə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti