Azərbaycan, Bakı, 17 iyun /Trend, İlkin İzzət/
Bakıda münaqişə zəminində arvadını bıçaqla qətlə yetirmiş Ağstafa rayon sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 16-da Ağstafa rayon sakini Ramin Qurbanov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində arvadı Dilbazini bıçaqla qətlə yetirib.
Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Qurbanov tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.