Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
İstanbulda kimyəvi maddələrin saxlandığı anbar yanıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Al JazeraTürk" telekanalı xəbər yayıb.
Yanğında anbarın mühafizəçisi həlak olub.
Yanğın söndürülüb. Lakin onun baş verməsinin səbəbləri və anbarda saxlanan kimyəvi maddələr barədə məlumat verilmir.