...

DİN Xaçmazda bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb

Hadisə Materials 24 İyul 2014 14:29 (UTC +04:00)
Xaçmaz şəhərinin ərazisində bıçaqlanma baş verib.
DİN Xaçmazda bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Xaçmaz şəhərinin ərazisində bıçaqlanma baş verib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iyulun 24-nə keçən gecə Xaçmaz şəhərinin ərazisində şəhər sakinləri - əvvəllər məhkum olunmuşlar Coşqun Cəbrayılov və onun qardaşı İsmayıl münaqişə zəminində həmyerliləri Elşən Əhmədova, Eyvaz Cəbrayılova və Emil İsayevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər.

E.Əhmədov hadisə yeridə ölüb, E.Cəbrayılov və E.İsayev xəstəxanaya yerləşdiriliblər.

Xaçmaz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti