...

Bakıda silsilə toyuq-cücə oğurluğu ilə məşğul olan keçmiş məhkumlar tutulub

Hadisə Materials 28 İyul 2014 11:40 (UTC +04:00)
Bakıda silsilə toyuq-cücə oğurluğu ilə məşğul olan keçmiş məhkumlar tutulub.
Bakıda silsilə toyuq-cücə oğurluğu ilə məşğul olan keçmiş məhkumlar tutulub

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda silsilə toyuq-cücə oğurluğu ilə məşğul olan keçmiş məhkumlar tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Yevlax rayon sakini 1985-ci il təvəllüdlü Rəfail Quliyev və Ağcabədi rayon sakini 1966-cı il təvəllüdlü Mahir İsmayılov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, onlar iyunun 26-na keçən gecə Zabrat qəsəbəsi İstixana kombinatında yaşayan Həbib İbrahimovun həyətindən 80 ədəd ev quşu, iyunun 30-na keçən gecə Sabunçu qəsəbəsində Tahir Rəsulovun həyətindəki hindən 28 ədəd toyuq, iyulun 3-nə keçən gecə Maştağa qəsəbəsi Savalan massivində Balağa Qədirovun həyətindəki hindən 51 ədəd hind quşu və 67 ədəd toyuq oğurlayıblar.

Keçmiş məhkumların başqa oxşar oğurluq hallarında iştirakı ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti