...

Bakıda keçmiş məhkumlardan ibarət quldur dəstəsi saxlanılıb

Hadisə Materials 4 Oktyabr 2014 14:21 (UTC +04:00)
Bakıda keçmiş məhkumlardan ibarət quldur dəstəsinin üzvləri tutulub.
Bakıda keçmiş məhkumlardan ibarət quldur dəstəsi saxlanılıb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda keçmiş məhkumlardan ibarət quldur dəstəsinin üzvləri tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Salman Zeynalov, Mircavid Mirbağırov, Yaşar Yusifov, Şamil Quliyev və Cəlilabad rayon sakini Mais Abıyev tutulmuşlar.

Onlar sentyabrın 30-da Rəşad Quliyevin evindən quldurluq yolu ilə 1200 manat və 200 ABŞ dolları, qızıl əşyalar və ov tüfəngi aparıblar.

Qeyd edək ki, həbs edilənlərin hamısı əvvəllər məhkumluq həyatı yaşayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti