...

Bakı sakini pilləkəndən yıxılaraq ölüb

Hadisə Materials 13 Oktyabr 2014 10:09 (UTC +04:00)
Evində pilləkəndən yıxılaraq xəsarət alan Bakı sakini xəstəxana ölüb.
Bakı sakini pilləkəndən yıxılaraq ölüb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İlkin İzzət/

Evində pilləkəndən yıxılaraq xəsarət alan Bakı sakini xəstəxana ölüb.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, Bakı şəhəri, N.Nərimanov rayonu, "Çermet" qəsəbəsi H. Mirzəyev küçəsi, 40 A ünvanında yaşayan 1959-cu il təvəllüdlü Qurbanov Maqsud Güləşən oğlu yaşadığı evin pilləkənlərindən yıxılaraq kəllə-beyin xəsarəti alıb. M.Qurbanov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, xəstə 12 oktyabr saat 17:50 radələrində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti