Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlkin İzzət/
Abşeron rayonunda quldurluq etmiş dəstə üzvləri tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Emin Rəsulov, Mirağa Abbasov, Samir Abdullayev və onun qardaşı Elvin tutulublar.
Onlar oktyabrın 5-də Digah qəsəbəsində yerləşən "Nicat" marketdən quldurluq yolu ilə 5000 manat aparıblar.