...

Bakıda evləri talayan keçmiş məhkumların digər cinayətlərinin üstü açılıb

Hadisə Materials 19 Noyabr 2014 12:15 (UTC +04:00)
Oaytaxtda yaşayış evlərini talamaqda məşğul olan iki keçmiş məhkumun digər cinayətlərinin də üstü açılıb.
Bakıda evləri talayan keçmiş məhkumların digər cinayətlərinin üstü açılıb

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İlkin İzzət/

Paytaxtda yaşayış evlərini talamaqda məşğul olan iki keçmiş məhkumun digər cinayətlərinin də üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxt ərazisində çoxsaylı yaşayış evlərini talamaqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü Maqsud Talıbov tutulub.

Şübhəli şəxs ətrafında aparılmış əməliyyat istintaq tədbirləri ilə müəyyən olunub ki, o bu əməlləri oktyabrın 3-də Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, tutulmuş Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü Yaşar Qayıbovla birlikdə törədib.

İstintaq araşdırmaları subut edib ki, onlar iyunun 27-də Biləcəri qəsəbəsində yaşayan Svetlana Adıgözəlovanın evindən qapını sındırma yolu ilə 1200 ABŞ dollar, 700 manat, noutbok və qızıl-zinət əşyaları, iyunun 28-i Biləcəri qəsəbəsi Füzuli küçəsində Arif Kabıyevin evindən 2950 manat, iyulun 26-da Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsində Müslim Əliyevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 10000 manat və qızıl-zinət əşyaları, avqustun 7-də Biləcəri qəsəbəsində yaşayan Xatirə Süleymanovaya məxsus mənzildən qızıl-zinət əşyaları, noutbok və dəri gödəkcə, avqustun 8-də Biləcəri şossesində yaşayan Arzu Kərimovanın evindən 200 manat və 5000 manat dəyərində qızıl-zinət əşyaları, sentyabrın 18-də 1-ci mədən küçəsində yaşayan Sabir Tağıyevin evindən 300 manat, qızıl sırğa və noutbok, Vulkan dağ yaşayış massivində yaşayan Nicat Ağayevin evindən mobil telefon, sentyabrın 26-da saat Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yaşayan Fuad Səlimovun evindən pəncərədən keçməklə qızıl-zinət əşyaları, sentyabrın 27-də Biləcəri qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Rövşən İbrahimovun evindən, açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti