...

Bakıda polis əməkdaşına xəsarət yetirən şəxslər yaxalanıb

Hadisə Materials 22 Noyabr 2014 11:46 (UTC +04:00)
Bakıda polis əməkdaşına xəsarət yetirən şəxslər yaxalanıb
Bakıda polis əməkdaşına xəsarət yetirən şəxslər yaxalanıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Bakıda polis əməkdaşına xəsarət yetirən şəxslər yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 20-də saat 02:30 radələrində, C.Xəndan küçəsində xidmətdə olan Bakı şəhər BPİ DYPİ-nin inspektorlarına xəsarət yetirməkdə şübhəli bilinən, Bakı şəhər sakinləri, "Nissan" markalı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü İlham Ağayev və CM-nin 126 və 128-ci maddələri ilə axtarışda olan 1981-ci il təvəllüdlü Urman Aslanov tutulub.

Araşdırma zamanı U.Aslanovun üzərindən 10,012 qram heroin, İ.Ağayevin avtomobilindən 2 ədəd kibrit qutusunda 6,75 qram marixuana aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti