...

Sumqayıtda kazinolar aşkar edildi

Hadisə Materials 24 Noyabr 2014 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İlkin İzzət/

Vergilər Nazirliyi qanunsuz idman mərc oyunlarının və kompüter vasitəsilə qumar oyunlarının keçirilməsi faktını aşkar edib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə bildiriblər ki, noyabrın 21-də Sumqayıt şəhərində Vergilər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində fiziki şəxs Səmədov Pərviz Natiq oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu "Napoli", fiziki şəxs Süleymanov Süleyman Nazim oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu "Milan" və fiziki şəxs Tanrıverdi-pur Anar Sərvət oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu "Beşiktaş" çay evlərində qanunsuz olaraq idman mərc oyunlarının keçirildiyi aşkar edilib.

P.Səmədov və S.Süleymanovun vergi orqanında qeydiyyata alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb, bundan başqa, hər üç şəxs tərəfindən obyektlərdə kompüter vasitəsilə "çərxi-fələk" - "russkaya ruletka", loto və s. kazino tipli uduşlu və qumar oyunlarının keçirildiyi də müəyyən olunub.

Bundan əlavə, hər üç şəxs tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu və müxtəlif şəxsləri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.

Toplanmış materiallar qanunvericiliyin tələblərinə uyğun hazırlanaraq cinayət işinin başlanması məqsədilə ilə aidiyyəti üzrə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti