...

Saatlıda uşaq su arxında boğulub

Hadisə Materials 29 Dekabr 2014 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Saatlı rayonunda bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 27-də Saatlı rayonunun Dədə Qorqud kənd sakini, azyaşlı Yusif Hüseynov həyətlərindəki su arxına yıxılıb və boğularaq ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti