...

28 Mall ticarət mərkəzində yanğın baş verib (versiya 2) (FOTO)

Hadisə Materials 2 Yanvar 2015 21:08 (UTC +04:00)
Hadisə yerində təcili tibbi yardım maşını var
28 Mall ticarət mərkəzində yanğın baş verib (versiya 2)  (FOTO)

Başlıq dəyişilib, təfərrüatlar əlavə olunub (ilk xəbər 20:45-də yayılıb)

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir Zülfiyyə Qurbanova/

Bu gün Bakıda "28 Mall" Ticarət Mərkəzində yanğın baş verib. Trend xəbər verir ki, Ticarət Mərkəzinin işçisinin verdiyi məlumata görə, hadisə yerinə 5 yanğınsöndürən maşın gəlib.

Yanğın binanın tavanında olub. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə çalışırlar.

FHN işçilərinin verdiyi məlumata gö5rə, yanğın binanın 4-cü mərtəbəsində yerləşən restoranların birində- tüstü bacasında baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti