Türkiyədə ticarət mərkəzində yanğın: 1 ölü

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/
İstanbulun "Zorlu Center" ticarət mərkəzində yanğın baş verib.
Trend-in şənbə günü "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 1 nəfər ölüb, altı nəfər isə yaralanıb.
Ölən və yaralananlar Türkiyə vətəndaşları və ticarət mərkəzinin işçiləri olublar.
Yanğın söndürülüb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Xəbər lenti
Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq - Agentlik sədri
Cənab Ali Baş Komandanımız iki cəbhədə öz Dəmir Yumruğunu göstərdi - Qarabağda və mediada - MÜSAHİBƏ