...

Qanunsuz ov edənlər saxlanılıblar

Hadisə Materials 24 Yanvar 2015 13:11 (UTC +04:00)
Ü.Qarayevin “Niva” markalı avtomobilinə baxış zamanı müvaviq sənədləri olmayan 2 ədəd “İJ” markalı ov tüfəngləri, 5 patron, 23 ədəd ovlanmış ördək və digər ləvazimatlar aşkar edilərək götürülüb.
Qanunsuz ov edənlər saxlanılıblar

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Qanunsuz ov edənlər saxlanılıblar.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Saatlı rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov etdikləri üçün Saatlı şəhər sakini Ülkər Qarayev və Nərimankənd kənd sakini Zahid Novruzov saxlanılıblar.

Ü.Qarayevin "Niva" markalı avtomobilinə baxış zamanı müvaviq sənədləri olmayan 2 ədəd "İJ" markalı ov tüfəngləri, 5 patron, 23 ədəd ovlanmış ördək və digər ləvazimatlar aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti