...

Bakıda mənzildən oğurluq edən qadın tutulub

Hadisə Materials 4 Fevral 2015 11:58 (UTC +04:00)
Bakıda mənzildən oğurluq etməkdə şübhəli bilinən qadın tutulub.
Bakıda mənzildən oğurluq edən qadın tutulub

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda mənzildən oğurluq etməkdə şübhəli bilinən qadın tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 30-da Xanlar küçəsində Şəfəq Şıxcanovaya məxsus mənzildən 1050 manat pul və mobil telefon oğurlanıb. Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Aygün Məmmədova tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti