Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlkin İzzət/
İrandan gələn azərbaycanlının daxili orqanından 56 büküm narkotik vasitə çıxıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Famil Abbasovun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun daxili orqanından, düz bağırsağından 42 ədəd bükümdə ümumi xalis çəkisi 99,918 qram olan narkotik vasitə - tiryək, 14 ədəd bükümdə isə ümumi xalis çəkisi 16,07 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.