Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İlkin İzzət/
İrandan gələn azərbaycanlının daxili orqanından heroin aşkar olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Elşən Nəsirovun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun daxili orqanında, düz bağırsağında 3 ədəd bağlamada, ümumi xalis çəkisi 153,69 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.