Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İlkin İzzət/
İrandan gələn azərbaycanlı daxili orqanında heroin daşıyırmış.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Məhərrəm Məmmədovun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun daxili orqanından, düz bağırsağından 2 ədəd bükümdə, ümumi xalis çəkisi 8,254 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.