...

Gömrükçülər İran vətəndaşının düz bağırsağından heroin çıxartdılar

Hadisə Materials 5 İyun 2015 12:16 (UTC +04:00)
Azərbaycana gələn İran vətəndaşlarının üzərində narkotik maddə aşkar edilib.
Gömrükçülər İran vətəndaşının düz bağırsağından heroin çıxartdılar

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycana gələn İran vətəndaşlarının üzərində narkotik maddə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşları Akhıloo Shırzad Akbar və onun qardaşı Akhıloo Amır Akbar saxlanılaraq onların üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı Akhıloo Shırzad Akbarın daxili orqanı - düz bağırsağından, 6 ədəd bükümdə, ümumi xalis çəkisi 56,845 qram olan narkotik vasitə - heroin, digər bükümdə isə 5 ədəd həbdən ibarət "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr"in II Siyahısına daxil olan "bupronorfin" adlı dərman preparatı aşkar edilib. Akhıloo Amır Akbarın isə daxili orqanı - düz bağırsağından, 7 ədəd bükümdə, ümumi xalis çəkisi 64,203 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti