Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Elçin Mehdiyev/
Fövqəladə Hallar Nazirliyi Xaçmazda konserv zavodunun yanması barədə bəzi KİV-lərdə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirir. Bu barədə Trend-ə FHN-in mətbuat xidmətindən deyiblər.
Qeyd olunub ki, sadəcə zavodun ərazisinə yaxın yerdə kol-kos yanıb, zavodun binasında isə heç bir yanğın baş verməyib.
Məlumata əsasən, yanğın qısa müddət ərzində yanğınsöndürənlər tərəfindən söndürülüb.