Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Bitlis vilayətində hərbi xəstəxanaya silahlı hücum olub.
Trend-in "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda hücum edənlərin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı cinayət işi açılıb.