Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Biləcik vilayətində yerləşən həbsxanaların birində yanğın baş verib.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, yanğın baş verən anda həbsxanada 470 nəfər məhbus olub.
Hadisənin səbəbi hələlik məlum deyil.
Məhbuslar təxliyə edilib, yanğın söndürülüb.
Həbsxana binasına ciddi ziyan dəyib.