...

Ağdam sakini qətlə yetirilib

Hadisə Materials 23 Sentyabr 2015 13:33 (UTC +04:00)
Ağdam rayon sakinini boğaraq öldürmüş şəxs tutulub.
Ağdam sakini qətlə yetirilib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ağdam rayon sakinini boğaraq öldürmüş şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 22-də Tərtər rayonunun Köçərli kəndində yaşayan Əzizə Zeynalovanın həyətində, nəvəsi Fərid Zeynalov münaqişə zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ağdam rayon sakini Tofiqə Qurbanovanı boğaraq öldürüb.

Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Zeynalov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti