...

Astarada yanğın baş verib

Hadisə Materials 27 Sentyabr 2015 06:46 (UTC +04:00)
Astarada yanğın baş verib
Astarada yanğın baş verib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Astarada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Astara rayonu, Şiyəkəran kəndində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan tövlənin yanar konstruksiyaları 35 kv.m və damına yığılmış 1 ton ot bağlaması yanıb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti