Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/
Zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmiş Masallı rayon sakini ölüb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 29-da Masallı rayonunun Qəzvinoba kəndində yaşayan Zakir Mehdiyev sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmiş və sentyabrın 30-da orada ölüb.
Faktla bağlı araşdırma aparılır.