...

Bakıda yol qəzası daha iki can aldı

Hadisə Materials 19 Oktyabr 2015 14:33 (UTC +04:00)
Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda yol qəzası daha iki can aldı

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Elmir Murad/

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Biləcəri qəsəbəsində Füzuli rayon sakini Zahid Cəfərov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Oğuz rayon sakinləri Dağlar Mikayılovu və Fərrux Musayevi vurub.

Yol qəzası nəticəsində hər iki piyada hadisə yerində ölüb.

Qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti