...

Gəncədə su maşını qəza törədib, yaralılar var

Hadisə Materials 25 Yanvar 2016 08:58 (UTC +04:00)

Bakı. Trend:

Səhər saat 8 radələrində Gəncə şəhərinin Gülüstan qəsəbəsi ərazisində yol qəzası baş verib.

Trend-in Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, yanacaqdoldurma məntəqəsindən çıxan "QAZ 53" markalı su maşını əsas yolla Göygöl istiqamətində hərəkət edən minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində su maşınının sürücüsü, Kəlbəcər sakini Natiq Qurbanov, digər avtomobilin sürücüsü Bakı sakini Yadigar Əhmədov, sərnişin Asəf Amanov xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Hadisə zamanı avtomobillərə də xeyli ziyan dəyib. Qəzanın səbəbləri Gəncə şəhər Dövlət Yol Polisi şöbəsində araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti