...

Səhiyyə Nazirliyi: Univermağın dağıntıları altından çıxarılan 2 nəfərin vəziyyəti orta ağırdır

Hadisə Materials 26 Yanvar 2016 16:19 (UTC +04:00)
Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verən dağıntı altında qalan iki nəfər təcili tibbi yardım briqadası tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.
Səhiyyə Nazirliyi: Univermağın dağıntıları altından çıxarılan 2 nəfərin vəziyyəti orta ağırdır

Bakı. İlhamə İsabalayeva, Samir Əli -Trend:

Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verən dağıntı altında qalan iki nəfər təcili tibbi yardım briqadası tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasından Trend-ə verilən məlumata görə, onların hər ikisi kişidir. Həmin şəxslərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Fövqəladə Hallar Nazirliyi də Trend-ə açıqlamasında dağıntılar altından yalnız iki nəfərin çıxarıldığını açıqlayıb.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, həmin şəxslər Elşad Abdullayev və Bəhruz Məmmədovdur.

Qeyd edək ki, dağıntının univermağın köhnə damına qar örtüyünün yığılması və damın bu ağırlığa tab gətirməməsi səbəbindən baş verdiyi bilidirlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti