Bakı. Trend:
Bakıda şəhər sakinlərinin pul kisələrini soyğunçuluq yolu ilə alan şəxs saxlanılıb. Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zümrüd Kərimovaya məxsus içərisində 320 manat, mobil telefon və sənəd olan pul kisəsini və Zemfira Maznovaya məxsus içərisində 60 manat və açar olan pul kisəsini soyğunçuluq yolu ilə almış Salyan rayon sakini Ramil Səfərov tutulub.