...

Göldə taxta üstündə qalanlar xilas edildi

Hadisə Materials 27 Fevral 2016 17:38 (UTC +04:00)
Göldə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.
Göldə taxta üstündə qalanlar xilas edildi

Bakı. Trend:

Göldə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 8 km aralıda, nəzarətsiz ərazidə) 2 nəfərin taxtanın üstündə gölün ortasında qalması və sahilə çıxa bilməməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti