...

Gədəbəydə qadın bıçaqlanıb

Hadisə Materials 23 Aprel 2016 00:30 (UTC +04:00)

Bakı. Trend:

Gədəbəydə bıçaqlanma faktı qeydə alınıb.

Trend Kəpəz TV (Region TV)-yə istinadən məlumat verir ki, hadisə rayonun Şınıx kəndində baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, 49 yaşlı Rəfiqə Həsənova təcili tibbi yardım avtomobili ilə xəstəxananın cərrahiyyə şöbəsinə gətirilib.

Həkimlərin müayinəsi zamanı qadının bədəninə kəsici-deşici alətlə xəsarət yetirildiyi aşkarlanıb.Yaralı dərhal əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti