...

Yasamalda ağır yol qəzası baş verib - xəsarət alan var

Hadisə Materials 12 May 2016 09:31 (UTC +04:00)
Yasamal rayonunda ağır yol qəzası baş verib, sürücü ağır xəsarətlər alıb.
Yasamalda ağır yol qəzası baş verib - xəsarət alan var

Bakı. Trend:

Yasamal rayonunda ağır yol qəzası baş verib, sürücü ağır xəsarətlər alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda "FORD" və "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirib. Məlum olub ki, "FORD" markalı avtomobilinin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:16-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti