Bakı. Trend:
Çayda batan şəxs xilas olunub.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qurumun Dövlət Sularda Xilasetmə Xidmətinə Salyan şəhəri ərazisində yerləşən çayda (məntəqə ərazisində) 1 nəfərin batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə çataraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.