...

DGK: Narkotik vasitə-heroin aşkar olunub (FOTO)

Hadisə Materials 14 Avqust 2016 23:51 (UTC +04:00)

Bakı. Trend:

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə - heroin aşkar olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan gələn yük maşınına rentgen aparatı vasitəsilə baxış keçirilib və bu zaman avtomobilin gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib.

Bundan sonra Astara Gömrük İdarəsinin və sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomobildə yoxlama aparıb və nəqliyyat vasitəsindən xeyli miqdarda narkotik vasitə - heroin aşkar olunub.

Nəqliyyat vasitəsini idarə edən Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana getmək istədiyini bildirib.

Hazırda faktla bağlı araşdırma aparılır və ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti