...

Keçmiş məhkum narkotiklə saxlanıldı

Hadisə Materials 24 Avqust 2016 18:55 (UTC +04:00)
Keçmiş məhkum narkotiklə saxlanılıb.
Keçmiş məhkum narkotiklə saxlanıldı

Bakı. Trend:

Keçmiş məhkum narkotiklə saxlanılıb.

Yevlaxdan uzun yol qət edib Qazaxa dostunu yad etməyə getdi, üzərindən narkotik çıxdı.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayon polisinin keçirdiyi əməliyyat zamanı şübhəli hərəkətləri ilə diqqət çəkən 30 yaşlı Tural Rzayev saxlanılıb.

Dindirmə zamanı Yevlax sakini cibində saxladığı 13 qramdan artıq narkotik vasitəni polis əməkdaşlarına təqdim edib. Saxlanılan şəxs həşiş qatranını tapdığını deyib, amma istifadəçi olduğunu da gizlətməyib.

Araşdırmalar zamanı 30 yaşlı T.Rzayevin əvvəllər oğurluq etdiyinə görə məhkumluq həyatı yaşadığı məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti