Bakı. Trend:
Tovuz rayonunda qətl hadisəsi baş verib.
Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 12-də Tovuz rayonunun Yanıqlı kəndi ərazisində kənd sakini Rüfət Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Ramiz Nəcəfov tutulub.