...

Piyadaları maşın vurdu: ana öldü, oğlu yaralıdır

Hadisə Materials 19 Dekabr 2016 11:44 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ağstafa rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 18-də saat 19 radələrində Ağstafa şəhəri ərazisində şəhər sakini Rəşad İsmayılov idarə etdiyi "VAZ-2105" markalı avtomobillə yolu keçən həmyerliləri Səlminaz Tağıyevanı və oğlu Əvəzi vurub.

S.Tağıyeva hadisə yerində ölüb, Əvəz xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqaz İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti