Bakı. Trend:
Miqrantların daşındığı "34 DH 9435" dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi Azərbaycanın gömrük ərazisinə ümumiyyətlə daxil olmayıb. Həmin nəqliyyat vasitəsinin "34 EL 322" dövlət nömrə nişanlı qoşqusu isə sadəcə bir dəfə, 2010-ci ildə Azərbaycan ərazisində olub.
Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Türkiyənin Çorum əyalətinin Osmancıq bölgəsində polis tərəfindən yük yerində Avropaya mühacirət etmək istəyən miqrantların olduğu nəqliyyat vasitəsində aşkar edilən miqrantlar arasında Azərbaycan vətəndaşlarının olması ilə əlaqədar məlumatlarla bağlı açıqlamasında bildirilir.
Qeyd olunur ki, hadisə ilə bağlı Tükiyədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin hazırladığı daha ətraflı reportajlarda jurnalistlərə müsahibə verən miqrantlar nəqliyyat vasitəsindəki insanların əfqan, tacik, türkmən və özbəklərdən ibarət olduğunu bildirir, xəbərdə azərbaycanlılardan ümumiyyətlə bəhs olunmur.