...

Bakıda axtarışda olan şəxs evdən oğurluq edərkən saxlanılıb

Hadisə Materials 7 Oktyabr 2017 12:56 (UTC +04:00)
Oğurluğa cəhd edən həmin şəxs saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib.
Bakıda axtarışda olan şəxs evdən oğurluq edərkən saxlanılıb

Bakı. Trend:

Bakıda axtarışda olan şəxs evdən oğurluq edərkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gecə saat 4 radələrində paytaxtın Bakıxanov qəsəbə sakini Adilə Mürsəlova DİN-in “102 Zəng Xidməti Mərkəzi”nə zəng edərək yaşadığı mənzilə naməlum şəxsin pəncərədən girməklə oğurluğa cəhd etməsini bildirib.

Məlumat dərhal aidiyyatı üzrə ötürülüb və Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin gecə növbəsində olan əməliyyat qrupu hadisə yerinə gəlib.

Oğurluğa cəhd edən həmin şəxs saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib və hətta əlindəki bıçaqla onlardan birinə yüngül xəsarət yetirib. Lakin polis əməkdaşları onu xüsusi fəndlə zərərsizləşdiriblər.

İlkin araşdırmalarla həmin şəxsin Cinayət Məcəlləsinin 178.2-ci (Dələduzluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov olması müəyyən edilib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon Prokurorluğuna göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti