...

Salyanda "Mercedes" su kanalına düşüb, xəsarət alanlar var (YENİLƏNİB)

Hadisə Materials 9 Noyabr 2017 02:09 (UTC +04:00)
Salyanda avtomobil su kanalına düşüb
Salyanda "Mercedes" su kanalına düşüb, xəsarət alanlar var (YENİLƏNİB)

Bakı. Trend:

Salyanda avtomobil su kanalına düşüb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Salyan rayonunun Çuxanlı kəndində "Mercedes" markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində 3 nəfər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin xilasediciləri vətəndaşları xilas ediblər.

Əməliyyat başa çatıb.

XXX

23:55

Salyanda avtomobil su kanalına düşüb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Salyan rayonunun Çuxanlı kəndində "Mercedes" markalı minik avtomobili su kanalına düşüb.

Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hazırda xilasetmə işləri aparılır. Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti